Haqqımızda

“Universal Poliqraf” MMC 2009-cu ildən reklam və poliqrafiya bazarında öz xidmətlərini təqdim etməkdədir. İstehsala zərf və qutu istehsalı ilə başlayaraq, zaman-zaman inkişaf edərək çap və poliqrafiya sahəsində təcrübə qazanmış bir şirkətə çevrilmişdir.

Universal Poliqraf MMC işini müasir tələblər səviyyəsində qurmaqla bərabər bu səhədə aparıcı şirkətlərin sərf materiallarından istifadə edir və Respublikasmızın reklam və poliqrafiya məhsulları bazarında Dünya markalarının şirkətlərin məhsullarının idxalı ilə də məşğul olur. Sürətlə inkişaf edən reklam bazarındakı rəqabətə uyğun fəaliyyət göstərmək üçün qabaqcıl ölkələrin texnologiyaları istehsala tətbiq edilir və dövrü olaraq dəyişdirilir.

Sadə işlərdən başladıq

Fəaliyyət dövrü

İlkin dövrdə zərf və qutuların daha çox əl əməyindən istifadə edilməklə istehsalına başlanmış, sonrakı dövrlərdə yeni avadanlıqlar hesabına həmin işlər avtomatlaşdırılmışdır. Reklam bazarındakı inkişafa uyğun olaraq rəqəmsal avadanlıqların istehsalata tətbiqi ilə daha keyfiyyətli və məhsuldar istehsalata keçirilmişdir.

Yüksək işçilik məhsulları

İstehsal prosesi

Yüksək keyfiyyətli materiallar, qabaqcıl texnologiyaların tətbiqi ilə istehsal edilmiş məhsullar, sistemli iş, müasir tələblərə uyğun iş yeri, ən əsası isə müştərilərin etibarı, bütün səthlər üzərində yüksək keyfiyyətli çap işlərini yerinə yetirmək imkanları.

Qutu istehsalı
Düz səth üzərinə çap
Spirallı dəftər
Reallığı çap edirik

Hədəfimiz

Müştərilərə yüksək səviyyədə xidməti göstərə bilmək üçün bütün lazımı imkanlardan istifadə edərək ən yeni texnologiyaları istehsalat prosesimizə inteqrasiya etməyə və bunu edən zaman qiymətləri bütün müştərilər üçün əlçatan etməyə çalışacağıq.

Qələm üzərinə çap
Çıxıntılı reklam